Cari ilin yanvar-iyun aylarında Azərbaycana 326 milyon 204 min dollar dəyərində 11 min 276 ədəd hibrid avtomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü iln eyni dövrü ilə müqayisədə hibrid avtomobilləri dəyər ifadəsi ilə 139 milyon 660 min dollar və ya 74,9%, miqdar ifadəsi ilə 2 850 ədəd və ya 33,8% artıb.
1 ədəd hibrid avtomobiln orta ixrac qiyməti 2024-cü ilin altı ayında orta hesabla 28 min 929 dollar (49 min 179 manat) olub ki, bu da son bir ildə 6 min 790 dollar (11 min 543 manat) və ya 30,7% bahalaşma deməkdir.
2023-cü ilin yanvar-iyul aylarında isə 1 ədəd hibrid avtomobilinin orta ixrac qiyməti 22 min 139 dollar (37 min 636 manat) olub.