AZ

"Formula-1": Bakı Şəhər Halqası trekin 19-cu döngəsində "Yaşıl Post"u yenidən qurub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Şəhər Halqası (BŞH) "Formula-1" üzrə Azərbaycan Qran-prisində trekin 19-cu döngəsində "Yaşıl Post"u yenidən qurub
Oxu.Az xəbər verir ki, bu barədə BŞH məlumat yayıb.
Bildirilib ki, ətraf mühitin qorunmasına dair davamlı öhdəliyinə uyğun olaraq bu addım atılıb.
Əsası keçən il qoyulmuş layihənin məqsədi avtomobil idmanının böyük populyarlığı vasitəsilə ətraf mühitin qorunması haqqında qlobal məlumatlılığı artırmaqdır.
"Yaşıl Post" motor idmanı üçün daha yaşıl, ekoloji cəhətdən daha təmiz bir gələcəyin təmin edilməsinə olan öhdəliyimizin rəmzi kimi çıxış edir. Bu postdakı marşallar bütövlüklə təkrar emal edilmiş materiallardan hazırlanmış xüsusi dizaynlı yaşıl rəngli marşal geyimləri ilə təmin olunublar. Bundan əlavə, postda istifadə olunan bütün avadanlıqlar ciddi ekoloji standartlara uyğundur, plastikdən istifadəni minimuma endirir və ekoloji cəhətdən təmiz alternativlərə üstünlük verir.
Bu təşəbbüs vasitəsilə BŞH motor idmanının ekoloji məsuliyyətin təşviqində oynadığı mühüm rolu nümayiş etdirir və "Formula-1"in Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) fəaliyyəti çərçivəsində uğurlu layihə ilə çıxış edir.
2019-cu ildən etibarən F1, 2030-cu ilə qədər Net Sıfır Karbon məqsədinə çatmaq, yarışlarının keçirildiyi hər bir şəhərdə yenilik yaratmaq və idmanı inklüziv etmək məqsədilə dayanıqlılıq strategiyasını həyata keçirir.
Qeyd edək ki, Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
oxu.az

10Mənbələr