Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Offsideplus.az xəbər verir ki, VI turda Azərbaycanın kişilərdən ibarət yığması Litva ilə qarşılaşacaq.

Komandamız buna qədər İordaniya, Finlandiya, Moldova və Monteneqroya qalib gəlib, Hindistana uduzub. Zəka sahiblərimiz 8 xalla 9-cu sırada qərarlaşıblar.

Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb.

Qadınlardan ibarət yığma isə Vyetnamla üz-üzə gələcək. Komandamız Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib. 8 xala malik qadın millimiz 11-ci sırada yer alıb.

Kapitanı Mixail Şereşevski olduğu yığma Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.

Qeyd edək ki, qarşılaşma üçün heyətlər hələ ki, müəyyənləşməyib.