AZ

Naxçıvanda bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçirilib

Naxçıvanda

Naxçıvan, 16 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qeydiyyatdan keçən 8 sifarişçi muxtar respublikanın 4 bələdiyyəsinə məxsus 2 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin isə icarəyə verilməsi ilə əlaqədar keçirilən hərracda iştirak edib.

Xatırladaq ki, cari ilin ötən dövrü ərzində bələdiyyə mülkiyyətində olan 38 torpaq sahəsi mülkiyyətə, 14 torpaq sahəsi isə sahibkarlıq məqsədi ilə icarəyə verilib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
6
azertag.az

7Mənbələr