AZ

Naxçıvanda hərrac vasitəsilə torpaq sahələri mülkiyyətə və icarəyə verilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı növbəti hərrac keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, qeydiyyatdan keçən 8 sifarişçi muxtar respublikanın 4 bələdiyyəsinə məxsus 2 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin isə icarəyə verilməsi ilə əlaqədar keçirilən hərracda iştirak edib.

Xatırladaq ki, cari ilin ötən dövrü ərzində bələdiyyə mülkiyyətində olan 38 torpaq sahəsi mülkiyyətə, 14 torpaq sahəsi isə sahibkarlıq məqsədi ilə icarəyə verilib.

Seçilən
15
6
far.az

7Mənbələr