AZ

Ayxan Abbasov 200-ə çatdı

Misli Premyer Liqasının VI turu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssisin Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü dəfə komandasını meydana çıxarıb. Bu, “Sumqayıt”la qarşılaşmaya (1:0) təsadüf edib.

Abbasov karyerası ərzində dörd klubda çalışıb. O, Premyer Liqada “Zirə”ni 44, “Sumqayıt”ı 79, “Turan Tovuz”u 72, “Şamaxı”nı 5 görüşə çıxarıb. Mütəxəssisin komandaları 67 qələbə qazanıb, 55 heç-heçə edib və 78 dəfə uduzub.

Qeyd edək ki, Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox matça baş məşqçi kimi çıxan 13-cü mütəxəssisdir.

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
13
sportal.az

10Mənbələr