AZ

Ayxan Abbasov üçün əlamətdar oyun

Misli Premyer Liqasının VI turu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, 43 yaşlı mütəxəssisin Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü dəfə komandasını meydana çıxarıb. Bu, "Sumqayıt"la qarşılaşmaya (1:0) təsadüf edib.
 
Abbasov karyerası ərzində dörd klubda çalışıb. O, Premyer Liqada "Zirə"ni 44, "Sumqayıt"ı 79, "Turan Tovuz"u 72, "Şamaxı"nı 5 görüşə çıxarıb. Mütəxəssisin komandaları 67 qələbə qazanıb, 55 heç-heçə edib və 78 dəfə uduzub.
 
Qeyd edək ki, Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox matça baş məşqçi kimi çıxan 13-cü mütəxəssisdir.

Seçilən
28
13
sport24.az

10Mənbələr