AZ

“Qəbələ” nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Bölgə təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “qırmızı-qaralar” nigeriyalı Oçe Oçoveçi ilə anlaşıb.

Ukrayna Premyer Liqa təmsilçisi “Krivbas”da çıxış edən 22 yaşlı yarımmüdafiəçi birillik icarəyə götürülüb. Futbolçu karyerasına öz ölkəsinin “Platea Yunayted” komandasında başlayan Oçoveçi Portuqaliya klubu “Farense”nin də formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
16
yeniazerbaycan.com

10Mənbələr