AZ

"Qəbələ"də nigeriyalı yarımmüdafiəçi

Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Qırmızı-qaralar” nigeriyalı Oçe Oçoveçi ilə anlaşıblar. Ukrayna Premyer Liqa təmsilçisi “Krivbas”da çıxış edən 22 yaşlı yarımmüdafiəçi bir illik icarəyə götürülüb. Qeyd edək ki, Oçe karyerasına öz ölkəsinin “Platea Yunayted” komandasında başlayıb. Oçoveçi Portuqaliya klubu “Feirense”nin də formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
9
matc.az

10Mənbələr