Azərbaycan və Türk Dövlətləri Təşkilatı (TDT) arasında "yaşıl təşəbbüslər" üzrə regional əməkdaşlıq müzakirə edilib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bişkekdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevlə səmərəli müzakirələr apardıq. Təşkilatla Azərbaycanın əməkdaşlığı, türk dövlətləri arasında TDT-nin enerji üzrə fəaliyyətini dəstəkləyən ikitərəfli və regional layihələrə dair fikilərimizi bölüşdük. Texnologiyalar və "yaşıl təşəbbüslər" üzrə regional mərkəz çərçivəsində əməkdaşlığı nəzərdən keçirdik", - P. Şahbazov qeyd edib