AZ

Azərbaycan TDT ilə "yaşıl təşəbbüslər" üzrə regional əməkdaşlığı müzakirə edib

 Azərbaycan və Türk Dövlətləri Təşkilatı (TDT) arasında "yaşıl təşəbbüslər" üzrə regional əməkdaşlıq müzakirə edilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bişkekdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevlə səmərəli müzakirələr apardıq. Təşkilatla Azərbaycanın əməkdaşlığı, türk dövlətləri arasında TDT-nin enerji üzrə fəaliyyətini dəstəkləyən ikitərəfli və regional layihələrə dair fikilərimizi bölüşdük. Texnologiyalar və "yaşıl təşəbbüslər" üzrə regional mərkəz çərçivəsində əməkdaşlığı nəzərdən keçirdik", - P. Şahbazov qeyd edib

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
3
missiya.az

4Mənbələr