AZ

Siyasətçilərə sui-qəsd cəhdləri niyə artıb...

Tez-tez Qərbdə siyasətçilərə qarşı sui-qəsdlərin baş verdiyini eşidirik. ABŞ-da prezidenmtliyə namizəd Donald Tramp sebtyabrın 15-də ikinci dəfə sui-qəsd cəhdinə məruz qalıb. Mayın 15-də Slovakiyanın baş naziri Robert Fitso Qandlovaodli silahdan atəş açılmışdı.
2022-ci ildə Yaponiyanın keçmiş baş naziri olan Şinzo Abe seçki kampaniyası zamanı çıxış edərkən iki dəfə atəş açılmaqla sui-qəsd nəticəsində ağır yaralanaraq dünyasını dəyişmişdi.

Siyasi şərhçi Nazim Cəfərsoy Modern.az-ın əməkdaşı ilə söhbətdə siyasətçilərə edilən su-qəsdlərdən danışıb.

Onun sözlərinə görə, tarixin hər dövründə liderlərə yönəlik sui-qəsd hadisələri, terror törədilib. N.Cəfərsoy Ukrayna lideri Volodimr Zelenski, Rusiya prezidenti Vladimir Putin, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana olan sui-qəsd cəhdlərini xatırladıb.

“Siyasətdə zorakılıq, şiddət niyə artıb?

1. Beynəlxalq münasibətlər keçid dövrünü yaşayır. Köhnə sistem mövcud qaydalara tab gətirmir. Yeni düzən isə tam qurulmayıb. Bu sarsıntılar yaşamımızın hər sahəsinə olduğu kimi, siyasətə də də ciddi təsirini göstərir və əsas qurban siyasətçilər olur.

2. Beynəlxalq münasibətlərin transfarmasiyası ciddi geosiyasi rəqabət, gərginlik, münaqişələr, savaşlarla müşayət olunur. Bu da müxtəlif siyasətçiləri sui-qəsdlərin, zorakılığın, müəyyən geosiyasi hesabların, təzyiqlərin, təhdidlərin hədəfinə çevirir”, - N.Cəfərsoy deyib.

Ekspertin sözlərinə görə, siyasi liderlər seçkilərdə qələbə qazanmaq üçün xalqın arasında olmağa önəm verirlər. Bu da həmin liderlərin təhlükə riskini artıran məqama çevrilir.

“Siyasi liderlərin hər gün çox insanla qarşılaşılması, xalqla daha yaxın olmaq üçün təhlükəsizlik xidmətinin daha elastik hərəkət etməyə başlaması onların təhlükəsizliyini istər-istəməz azaldır.

Trampa sui-qəsd məsələsində onun mühafizə komandasının qeyri-peşəkar davranması təhlükəsizliyin aşağı səviyyədə olduğunu deməyə əsas verir. Burada mühafizə ilə bağlı ciddi məqamlar var. Bu da riski artıran məqamlarlardan biridir. Təhlükəsizlik xidməti, polis, mühafizə orqanlarının işləri lazimi səviyyədə qurmaması riskləri artırır”.

Politoloq bildirib ki, siyasətçilərin sui-qəsdlərə məruz qalması dövlət üçün mənfi təsirlər yaradır:

“Siyasi liderlərə sui-qəsd edilməsi xalqı da qorxu içində saxlayır. Sui-qəsdlər uğurlu olanda dövlətə inamsızlıq yaranır. Hazırda Tramapa sui-qəsdi kimin etməsi elə ilə bağlı müxtəlif variantlar səslənir. Tarixin müxtəlif dövrlərində bu cür hadisələrin qarşısını almaq mümkün olmayıb. Mütləq nəsə gözdən qaçır və hadisə gerçəkləşir. Lakin riski minimuma endirmək mümkündür və bunun nümunələri də var. Nümumələri müxtəlif ölkələr həyata keçirir, terror hadisələrinə qarşı müxtəlif tədbirlər görülür. Bizim görmədiyimiz yüzlərlə sui-qəsd, terror hadisələri planlaşdırılsa da, onların biri həyata keçir. Biz yalnız o həyata keçəni görürük, bilirik. Geridə qalanları görə bilmirik. Cəmiyyəti narahatçılığa sövq etməmək üçün dövlət orqanları adətən onu demirlər, çünki xalqı panikaya sövq etmək istəmirlər”. 

Müsahibimiz sonda vurğulayıb ki, risklərin qarşısının alınmasının yolu çoxtərəfli tədbirlər planıdır.

Bu zaman isə dövlət üzərinə düşən təhlükəsizlik məsuliyyətini maksimum şəkildə həyata keçirməlidir.


Gülarə Quliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
50
modern.az

10Mənbələr