İspaniyanın "Barselona" klubu futbolçusu Lamin Yamalla yeni müqavilə imzalayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Məlumata əsasən, yeni sözləşməyə əsasən 17 yaşlı futbolçunun maaşında artım olacaq.
İspaniya millisinin üzvünün bağlayacağı müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, L.Yamal ötən mövsüm "Barselona"nın heyətində 53 oyunda iştirak edib, 7 qol vurub.
Müəllif: Teleqraf.com