İspaniyanın “Barselona” klubu futbolçusu Lamin Yamalla yeni müqavilə imzalayacaq.
Tribunainfo.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, yeni sözləşməyə əsasən 17 yaşlı futbolçunun maaşında artım olacaq.
İspaniya millisinin üzvünün bağlayacağı müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, L.Yamal ötən mövsüm “Barselona”nın heyətində 53 oyunda iştirak edib, 7 qol vurub.