AZ

Zamiq Hüseynov yataqxana günlərindən danışdı: "O zamanlara çox şey borcluyam"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı müğənni Zamiq Hüseynovdur.
Müğənni yataqxanada qaldığı illərdən söz açaraq o zamanlara çox şey borclu olduğunu bildirib:
"Yataqxanada qalırdım, amma ən son model maşınları sürürdüm. Onları da kreditlə almışdım, ay tamam olanda kimdənsə borc alaraq faizlərini ödəyirdim. Bir gün yataqxananın arxasında maşını saxlamışdım. Rəhmətlik Anar Nağılbaz bir gün orada məni görəndə "Zamiq, sən burada nə edirsən?" dedi. Dedim ki, qohumlarım burada qalır, onlara baş çəkməyə gəlirəm. Onda yataqxanada qaldığımı deməyə utanırdım. Yəni orada qala-qala "Uçduq" mahnısı da, populyarlıq da yarandı".
Zamiq futbola olan sevgisindən də bəhs edib.
O, aparıcının "Kriştiano Ronaldu ilə Çempionlar Liqasının finalı, yoxsa Röyanın konserti?" sualına "Ronaldu" deyə cavab verib:
"Dostlarıma olan sevgim tükənməzdir. Sevdiyim, uşaqlıq illərimdən indiyə qədər olan dostlarım mənim üçün toxunulmazdır və Röya da onlardan biridir. Onun sənətinə, dostluğuna böyük hörmətim var. Mənə çox əziz olan bir insandır. Amma futbola olan sevgim çox böyükdür. Mən musiqinin içində hər an ola bilirəm, musiqi ilə düşünürəm. Amma futbol ikinci bir dünyamdır. Futbol zamanı beynimdə heç bir fikir qalmır, diqqətim yalnız topda və oyunçularda olur. Bu, o deməkdir ki, futbol mənim üçün başqa bir dünyadır".
Ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
50
oxu.az

10Mənbələr