Almaniya kansleri Olaf Şolts və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin birgə mətbuat konfransı Qazaxıstan tərəfinin təşəbbüsü ilə ləğv edilib.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, konfransın ləğvi onun başlamasına az qalmış baş verib. Qərarın səbəbləri açıqlanmayıb. Jurnalistlər vurğulayıblar ki, Özbəkistanda birgə mətbuat konfransı planlaşdırılmayıb.
Nəticədə Almaniya kansleri jurnalistlərin qarşısına tək çıxıb. Konfransın sonunda Şoltsdan Astananın qərarından məyus olub-olmadığını soruşublar. Almaniya hökumətinin mətbuat xidmətinin məlumatına görə, kansler cavab verməkdən yayınıb.
Qeyd edək ki, sentyabrın 16-da Şolts Tokayevin dəvəti ilə Qazaxıstana iki günlük səfərə gəlib. Şolzla görüşdə Tokayev bildirib ki, Rusiya hərbi cəhətdən məğlubedilməzdir.
QAZİLER.AZ