AZ

"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirildi

Misli Premyer Liqasının VII turunda baş tutacaq "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib.

Titul.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki,  “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə Bakı klubu “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

“Qarabağ”ın rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Nefçi” - “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” - “Neftçi” oyununun yerini dəyişdirib. Qarşılaşma sentyabrın 20-də saat 20:00-da "Azərsun Arena"da reallaşacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
30
titul.az

10Mənbələr