AZ

“Neftçi” – “Qarabağ” oyununun yeri dəyişdirildi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi” – “Qarabağ” oyununun yeri dəyişdirilib.

 

KONKRET.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata görə, “Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə “ağ-qaralar” “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Neftçi” – “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” – “Neftçi” matçının yerini dəyişdirib. Qarşılaşma sentyabrın 20-də, saat 20:00-da “Azərsun Arena”da reallaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
30
konkret.az

10Mənbələr