Bakı. Trend:
Özbəkistan Cüdo Federasiyasının prezidenti Azizjon Komilov cüdoüzrə milli komandalar üçün təlim-məşq mərkəzində olub.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, qonaq təlim-məşq mərkəzində idmançılar üçünyaradılmış müasir şəraitlə tanış olub.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlivə icraçı vitse-prezident Rəşad Rəsullu Komilova federasiyanınölkəmizdə cüdo idman növünün inkişafı üçün həyata keçirdiyi işlərvə layihələr haqqında məlumat veriblər. Görüş zamanı qarşılıqlıtəcrübə mübadiləsi, birgə təlim-məşq toplanışlarının təşkili və həriki ölkədə cüdonun inkişafını gücləndirmək üçün əməkdaşlıqimkanları müzakirə edilib. Müasir məşqçilik metodları üzrə təcrübəmübadiləsi və idmançıların inkişaf proqramları istiqamətindəəməkdaşlığın vacibliyi vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası və Özbəkistan CüdoFederasiyası arasında 2022-ci ilin oktyabr ayında imzalanmışəməkdaşlıq memorandumuna əsasən indiyə qədər 5 qarşılıqlı birgətəlim-məşq toplanışı təşkil edilib.