Özbəkistan Cüdo Federasiyasının prezidenti Azizjon Komilov cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində olub.
Sport24.az xəbər verir ki, qonaq təlim-məşq mərkəzində idmançılar üçün yaradılmış müasir şəraitlə tanış olub.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və icraçı vitse-prezident Rəşad Rəsullu Komilova federasiyanın ölkəmizdə cüdo idman növünün inkişafı üçün həyata keçirdiyi işlər və layihələr haqqında məlumat veriblər. Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışlarının təşkili və hər iki ölkədə cüdonun inkişafını gücləndirmək üçün əməkdaşlıq imkanları müzakirə edilib. Müasir məşqçilik metodları üzrə təcrübə mübadiləsi və idmançıların inkişaf proqramları istiqamətində əməkdaşlığın vacibliyi vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası və Özbəkistan Cüdo Federasiyası arasında 2022-ci ilin oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumuna əsasən indiyə qədər 5 qarşılıqlı birgə təlim-məşq toplanışı təşkil edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta