AZ

Ukraynada ölən və yaralananların sayı bir milyona çatıb

Qeyd edilib ki, 3 ilə yaxındır ki, davam edən müharibədə ölən və ya yaralananların sayı təxminən 1 milyona çatıb: "Eyni zamanda, mülki əhali ilə bağlı ölüm sayı hələ də naməlum olaraq qalır.

Amma "Human Rights Watch" təşkilatının məlumatına görə, təkcə Mariupolun Rusiya tərəfindən işğalı zamanı 8000-dən çox insan həlak olub".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az


Seçilən
17
2
azvision.az

3Mənbələr