AZ

Ukraynada ölən və yaralananların sayı bir milyona çatıb - "The Wall Street Journal"

"The Wall Street Journal" Ukrayna müharibəsinin dəhşətləri ilə bağlı diqqət çəkən məqalə dərc edib.Qeyd edilib ki, 3 ilə yaxındır ki, davam edən müharibədə ölən və ya yaralananların sayı təxminən 1 milyona çatıb: "Bu itkilər hər iki tərəfə aiddir. Eyni zamanda, mülki əhali ilə bağlı ölüm sayı hələ də naməlum olaraq qalır.Amma "Human Rights Watch" təşkilatının məlumatına görə, təkcə Mariupolun Rusiya tərəfindən işğalı zamanı 8000-dən çox insan həlak olub".Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
dia-az.info

3Mənbələr