AZ

“AzərEnerji” rəhbəri ilə İtaliya səfirinin görüşü olub

Bakı. Trend:

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanınAzərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka diCanfrançeskonun görüşü olub.

Görüşdə İtaliya ilə Azərbaycan enerji sistemləri arasındakıəməkdaşlıq münasibətləri, Prezident İlham Əliyevin bir müddət əvvəlİtaliya səfəri və bu səfərin energetika sektoruna verdiyi töhvələrbarədə müzakirələr edilib.

İtaliyanın “Ansaldo Energia” və digər şirkətlərinin Azərbaycanenerji sistemində həyata keçirilən layihələrdə iştirakı vəperspektiv layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
6
az.trend.az

10Mənbələr