AZ

Azərbaycan İtaliya ilə enerji sistemləri arasında əməkdaşlığı müzakirə edib

Azərbaycan və İtaliya arasında enerji sistemləri arasında əməkdaşlıq münasibətləri müzakirə edilib.

İqtisadiyyat.az bu barədə "AzərEnerji" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyətinin sədri Balababa Rzayevlə İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançeskonun görüşü olub. Görüşdə İtaliya ilə Azərbaycan enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri, Prezident İlham Əliyevin bir müddət əvvəl İtaliya səfəri və bu səfərin energetika sektoruna verdiyi töhvələr barədə müzakirələr edilib.

İtaliyanın “Ansaldo Energia” və digər şirkətlərinin Azərbaycan enerji sistemində həyata keçirilən layihələrdə iştirakı və perspektiv layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
4
9
iqtisadiyyat.az

10Mənbələr