Bakı. Trend:
Azərbaycan Mətbuat Şurasında Şuranın Azərbaycan RespublikasınınQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəyardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumatbazasının yaradılması” layihəsi çərçivəsində üçüncü toplantıkeçirilib.
Trend xəbərverir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid QHTAgentliyinə Şuranın sözügedən layihə təşəbbüsünə həssas yanaşdığınagörə təşəkkür edib.
R.Məcid bildirib ki, “Azərbaycan media landşaftı üzrə məlumatbazasının yaradılması” layihəsi üzrə ilk iki toplantı iyul vəavqust aylarında keçirilib. Həmin toplantılarda layihə ilə bağlıölkəmizin media məkanı barədə aydın təsəvvür formalaşdıran məlumatbazası yaratmaq ideyası ətrafında görülmüş işlər təqdim olunub.
Məlum olduğu kimi, layihə çərçivəsində MŞ-nin “presscouncil.az”saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriyayaradılıb. Həmin kateqoriya özündə “Azərbaycanda informasiyadövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etikstandartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”,“Azərbaycanın aparıcı media subyektləri”, “Azərbaycan mediasındangender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycanmediası” yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsindəyayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib. Bubarədə məlumat verən R.Məcid əlavə edib ki, mediamızdakı dinamikaistər-istəməz palitra zənginliyi yaradır. Zənginlik isə ortayainstitsional baxışın qoyulmasını ehtiyaca çevirir. Layihəninməqsədi həm də bu ehtiyacı qarşılamaqdır.
Layihə çərçivəsində indiyədək Azərbaycanın informasiyadövriyyəsinin tənzimlənməsi və beynəlxalq təcrübənin tətbiqiistiqamətində dörd fundamental yüklü məqalənin yayımlandığınıdiqqətə çatdıran R.Məcid sözügedən mövzuda əlavə səkkiz məqaləninhazırlanacağını, həmçinin iki toplantının təşkil olunacağını,“Azərbaycanın media landşaftı” kateqoriyasının zənginləşdirilməsinəyönələn işlərin görüləcəyini diqqətə çatdırıb.
MŞ-nin icraçı katibi Əvəz Rüstəmov toplantı iştirakçılarınıŞuranın “Presscouncil.az” saytında yaradılmış “Azərbaycanın medialandşaftı” kateqoriyası haqqında məlumatlandırıb. O bildirib ki,dekabr ayınadək reallaşdırılıcaq “Azərbaycan media landşaftı üzrəməlumat bazasının yaradılması” layihəsi çərçivəsində sözgedənkateqoriyanın tam dolğunluğunun təmin edilməsi istiqamətində işlərdavam etdirilir. İndiyədək mövcud olmuş aktiv media subyektlərininsiyahısına əlavələr aparılıb.
MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrəməlumat bazasının yaradılması” layihəsinin eksperti MüşfiqƏləsgərli iştirakçıları “Azərbaycanın media landşaftı”kateqoriyasının xüsusiyyətləri ilə bağlı geniş məlumatlandırıb. O,həmçinin, bildirib ki, media landşaftı ifadəsi beynəlxalq mediaterminalogiyasında istifadə olunur. Şuranın layihəsi bu ehtiyacınölkəmizlə bağlı seqmentini nəzərə almaq zərurətindənqaynaqlanır.
Toplantıda çıxış edənlərdən Azərbaycan İdman JurnalistləriAssosiasiyasının prezidenti Eldar İsmayılov, BDU-nun Hüquqfakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri,hüquq üzrə fəlsəfə doktoru, dosent Əsmər Əliyeva, Bakı SlavyanUniversitetinin professoru, əməkdar jurnalist Şəlalə Həsənova vəbaşqaları icra olunan layihənin əhəmiyyətini vurğulayıblar.Onlargötürülmüş kursun sistemli və ardıcıl icrasının müsbətnəticələr doğuracağına inandıqlarını deyiblər. Tədbirdə həmçinin,iştirakçıların sualları cavablandırılıb, təklifləriqruplaşdırılıb.