“Green Food Group” QSC 2023-cü ili 327 386 manat mənfəətlə başa vurub. 2022-ci ildə şirkət 303 260 manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 8% artım deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Green Food Group”un əsas əməliyyat gəlirləri 1 milyon 578 min manat (əvvəlki ilə nisbətən 20% çox), satışın maya dəyəri 767 min manat (8% çox) təşkil edib.
“Yaşıl bazar”ın sahibi olan “Qaya M LTD” MMC şirkəti adını və təşkilati-hüquqi formasını dəyişərək “Green Food Group” Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib.