AZ

İpoteka kreditləri üzrə aylıq ödəniş artıb

2024-cü ilin avqust ayında banklar tərəfindən verilən məbləğ 63 579.2 manat təşkil edir.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Kreditlər üzrə orta faiz dərəcəsi 6.37 faiz təşkil edib. Bu rəqəm ötən ilin müvafiq dövründə 6.30 faiz idi.

Kreditlər üzrə aylıq ödəniş məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəlib. Əgər 2023-cü ilin avqustunda kreditlər üzrə aylıq ödəniş 427.2 manat idisə, cari ilin müvafiq dövründə həmin rəqəm 452.5 manat olub. Belə ki, illik müqayisədə 25.3 manat və ya 6% artıb.

Seçilən
44
50
banker.az

10Mənbələr