AZ

Azərbaycan millisi özbəklərə uduzdu

15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirib.Komanda.az xəbər verir ki, milli komanda Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun Özbəkistan seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində qolu 76-cı dəqiqədə Könül Hüseynova vurub.Azərbaycan milli komandası turnir çərçivəsində son oyununu sentyabrın 22-də Rusiya yığmasına qarşı keçirəcək.

Seçilən
62
10
komanda.az

10Mənbələr