AZ

U-15 millimiz yenə məğlub olub

15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirib.

Apasport.az xəbər verir ki, millimiz Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Özbəkistan seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 76-cı dəqiqədə Könül Hüseynova vurub.

Qeyd edək ki, Azərbaycan milli komandası turnir çərçivəsində son oyununu sentyabrın 22-də Rusiya yığmasına qarşı keçirəcək.

Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub

II Liqa: IV turun oyun cədvəli açıqlanıb

Aslan Kərimov: "Bu, “Neftçi” üçün "Qarabağ"a qarşı müəyyən üstünlük yarada bilər"

Millimiz FİFA reytinqində 2 pillə gerilədi

Elxan Məmmədova yeni vəzifə verilib

Seçilən
63
12
apasport.az

10Mənbələr