AZ

Dunay daşdı - Budapeşt su altında qaldı

Macarıstanın paytaxtı Budapeştdə Dunay çayı daşıb.  

Bizimxeber.az bildirir ki, çayın suyu sahil xəttini keçib və şəhərin küçələrini su basmağa başlayıb. 

Daşqının sentyabrın 21-də pik həddə çatacağı, suyun səviyyəsinin normal 3.5 metr səviyyəsindən təxminən 8.5 metrə qalxacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Macarıstanın Baş naziri Viktor Orban daşqın səbəbindən beynəlxalq məsələləri, o cümlədən Avropa Parlamentindəki çıxışını təxirə salmaq məcburiyyətində qaldığını açıqlamışdı.

Seçilən
59
5
bizimxeber.az

5Mənbələr