Macarıstanın paytaxtı Budapeştdə Dunay çayı daşıb.
Bu barədə Bizim.Media "RIA Novosti"yə istinadən xəbər verir.
Məlumata görə, çayın suyu sahil xəttini keçib və şəhərin küçələrini su basmağa başlayıb. Daşqının sentyabrın 21-də pik həddə çatacağı, suyun səviyyəsinin normal 3.5 metr səviyyəsindən təxminən 8.5 metrə qalxacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl Macarıstanın Baş naziri Viktor Orban daşqın səbəbindən beynəlxalq məsələləri, o cümlədən Avropa Parlamentindəki çıxışını təxirə salmaq məcburiyyətində qaldığını açıqlamışdı.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta