AZ

8 ayda daşınmaz əmlaka 239 314 "kupça" verilib

2024-cü ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 239 314 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu göstəricinin 39 148-i (16,3 faiz) ilkin, 200 166-sı isə (83,7 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 39 536, mənzil üzərində - 55 172, torpaq sahəsi – 136 179, qeyri-yaşayış binası – 2 229, qeyri-yaşayış sahəsi – 5 636, əmlak kompleksi – 526, çoxmərtəbəli yaşayış binası üzərində isə 36 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 63 933-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Cari ilin ilk səkkiz ayında 177 937 texniki pasport tərtib edilib, 46 919 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Seçilən
31
1
fed.az

7Mənbələr