AZ

Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 239 min 314 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

"Operativ Media" Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, bu göstəricinin 39 min 148-i (16,3 faiz) ilkin, 200 min 166-sı (83,7 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin 8 ayında fərdi yaşayış və bağ evi üzərində - 39 min 536, mənzil üzərində - 55 min 172, torpaq sahəsi – 136 min 179, qeyri-yaşayış binası – 2229, qeyri-yaşayış sahəsi – 5636, əmlak kompleksi – 526, çoxmərtəbəli yaşayış binası üzərində isə 36 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 63 min 933-ü Bakının, digər hissəsi isə bölgələrin payına düşür.

Seçilən
32
5
operativmedia.az

7Mənbələr