Günəbaxan, qarğıdalı, soya, raps, üzüm tumu və araxis yağlarının reputasiyası o qədər də məşhur deyil. Bir çoxları hesab edir ki, onlar sağlamlıqla bağlı bir çox problemlərə, xüsusən iltihablara səbəb olur, digərləri onun zərərlərini marketinqdə rəqabətlə əlaqələndirirlər. Lakin əsl həqiqət necədir?
Azreform.info bildirir ki, oxu.az-ın verdiyi məlumata görə, "Food & Nutrition Research" jurnalında qastroenteroloqlar bu suala cavab veriblər.
Müəlliflərin sözlərinə görə, bitki yağları LDL xolesterolun (el arasında "pis xolesterol"-red.) səviyyəsini azaltmaq, çəkini saxlamaq və iltihabı nəzarətdə saxlamaq üçün kərə və hindistan cevizi yağından daha üstündür.
"Əlbəttə bitki yağları da iltihaba səbəb ola bilir, ancaq bu müəyyən şəraitdə baş verir. Əgər siz bitki yağlarını böyük miqdarda qəbul edirsinizsə və kifayət qədər lif almırsınızsa, iltihab riski həqiqətən artır", - deyə ekspert izah edib.
Həkimlər birinci sıxım zeytun yağına üstünlük verməyi tövsiyə edirlər.
"Zeytun yağı faydalı mono-doymamış yağlar və antioksidantlar tərkiblidir ki, bu da iltihabı azaltmağa və ürəyi qorumağa kömək edir", - deyə nəşrdə vurğulanıb.