AZ

İcma Ermənistandan və revanşist dairələrdən təhlükəli yoldan əl çəkməyi tələb edib

"Biz Ermənistan hökumətindən və məlum revanşist dairələrdəntəhlükəli yoldan əl çəkməyi tələb edirik".

Aznews.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.

Bildirilib ki, bəzi xarici qüvvələrin təhriki ilə Ermənistandakı revanşist qüvvələr və erməni diasporu “Dağlıq Qarabağ məsələsi”nin guya həll edilmədiyinə, hələ də açıq qaldığına dair kampaniyalarını intensivləşdiriblər.

Bəyanatda bu yanaşmanın, eləcə də Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünə təhdid törədən həmin elementlərə qarşı hərəkətsizliyi, sürətlə silahlanması, konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqdan imtina etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.

Seçilən
52
16
aznews.az

10Mənbələr