AZ

“Dağlıq Qarabağ məsələsi” tarixdə qalıb

Bəzi xarici qüvvələrin təhriki ilə Ermənistandakı revanşist qüvvələr və erməni diasporu “Dağlıq Qarabağ məsələsi”nin guya həll edilmədiyinə, hələ də açıq qaldığına dair kampaniyalarını intensivləşdiriblər. Bu yanaşma, eləcə də Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünə təhdid törədən həmin elementlərə qarşı hərəkətsizliyi, sürətlə silahlanması, konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqdan imtina etməsi ciddi narahatlıq doğurur.

Bu sözlər Qərbi Azər­baycan İcmasının bəya­natında yer alıb.

“Bu baxımdan, qətiy­yətlə xatırlatmaq istəyi­rik ki, “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünən­lər kökündən yanılırlar. Azərbaycan öz ərazi bütövlüyünü və suve­renliyini birdəfəlik bər­pa edib və bu, əbədidir, dönməzdir. Əslində, həll olunmamış məsələ, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri qayıtma­larıdır. Hələ açıq qalan məsələ məhz Qərbi Azərbaycana qayıdış məsələsidir. Qərbi Azərbaycan İcması bu yolda öz səylərini ardıcıl şəkildə davam etdirəcək.

Biz Ermənistan hökumətindən və mə­lum revanşist dairələrdən bu təhlükəli yol­dan əl çəkməyi tələb edirik”, – deyə İcma­nın bəyanatında vurğulanıb.

XQ

Seçilən
36
11
xalqqazeti.az

10Mənbələr