Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Üçüncü Dünya müharibəsi və ya dünyanın bloklara parçalanması ehtimalı olduğunu vurğulayıb.
Yenicag.az xəbər verir ki, nazir bu barədə Nyu-Yorkda keçirilən “Gələcəyin Sammiti”ndə çıxışında danışıb.
O bildirib ki, Üçüncü Dünya müharibəsi riski getdikcə ciddiləşir və proses dünyanın yenidən bloklara bölünməsinə doğru gedir.
Nazirin sözlərinə görə, Budapeşt növbəti onilliklərin ölkələrin bir-birinə bağlılığı və ədalətli beynəlxalq əməkdaşlığı ilə xarakterizə olunmasını istəyir.