AZ

Viktor Orban: "Avropa iqtisadi siyasətinə görə intihara doğru gedir"

Avropa ölkələri zəif iqtisadi siyasət yeritməklə, dünyanın bloklara bölünməsinə töhfə verməklə intihara doğru gedirlər.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Mən hesab edirəm ki, Avropa Asiyanın artan təsirinə və iqtisadi bloklar yaratmaqda öz çətinliklərinə cavab olaraq intihar yolundadır. Müdaxilələr, qadağalar və sanksiyalar başlayanda biz hamımız indiki anın iqtisadi dinamizmini itiririk. Bu o deməkdir ki, iqtisadiyyatlarımızın artımı yavaşlayır", - Orban əlavə edib.

 

Sadiq Cavadov

Seçilən
53
18
iqtisadiyyat.az

10Mənbələr