AZ

Misli Premyer Liqasında məhsuldarlıq rekordu qeydə alınıb

Misli

Bakı, 24 sentyabr, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında məhsuldarlıq rekordu qeydə alınıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, VII turun oyunlarında qapılara 17 qol vurulub. Orta məhsuldarlıq 3,40-a bərabər olub.

“Səbail” – “Sabah” qarşılaşmasında (2:4) daha çox – 6 top vurulub. “Qarabağ” – “Neftçi” oyununda (4:0) dörd, “Turan Tovuz” – “Araz-Naxçıvan” görüşündə (1:2) üç qol qeydə alınıb. “Kəpəz” – “Şamaxı” matçında (0:2) və “Sumqayıt” – “Zirə” oyununda (0:2) isə iki top vurulub.

Tur ərzindəki məhsuldarlıqda mövsümün yeni rekordu qeydə alınıb. Bunadək ən çox top çempionatın I turuna təsadüf edib. Startda 5 görüşdə 16 qol vurulub.

 

Seçilən
3
21
azertag.az

10Mənbələr