AZ

Misli Premyer Liqasında məhsuldarlıq rekordu

Futbol üzrə Misli Premyer Liqasında məhsuldarlıq rekordu qeydə alınıb.

Oxu24.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, VII turun oyunlarında qapılara 17 qol vurulub. Orta məhsuldarlıq 3,40-a bərabər olub.

“Səbail” – “Sabah” qarşılaşmasında (2:4) daha çox – 6 top vurulub. “Qarabağ” – “Neftçi” oyununda (4:0) dörd, “Turan Tovuz” – “Araz-Naxçıvan” görüşündə (1:2) üç qol qeydə alınıb. “Kəpəz” – “Şamaxı” matçında (0:2) və “Sumqayıt” – “Zirə” oyununda (0:2) isə iki top vurulub.

Tur ərzindəki məhsuldarlıqda mövsümün yeni rekordu qeydə alınıb. Bunadək ən çox top çempionatın I turuna təsadüf edib. Startda 5 görüşdə 16 qol vurulub.

Seçilən
17
21
oxu24.com

10Mənbələr