AZ

Azərbaycanda nazirliyin 5 əməkdaşı işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) bir sıra əməkdaşları işdən azad olunub.

News24.az xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Əmrlərə əsasən, Naxçıvan ƏƏSMN-də vəzifələrindən azad olunan şəxslər aşağıdakılardır:

- Ali Məclisə seçkilərdə deputat seçilən ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyi, Şərur rayon sektorunun müdiri Məmmədov Məmməd Kərəm oğlu;

- ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyi Publik Hüquqi Şəxsi, şöbə müdiri Məmmədov Üzeyir Səyyad oğlu;

- ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyi, aparıcı mütəxəssis Zeynalov Təbriz Eyvaz oğlu;

- ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası, sədr Əhmədova Şəhla Hüseyn qızı.

- ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Sosial və dövlət icbari şəxsi sığorta departamenti müdirinin müavini Novruzov Rafiq Novruz oğlu işdən azad olunublar.//teleqraf


Seçilən
46
29
news24.az

10Mənbələr