Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) bir sıra əməkdaşları işdən azad olunub.
Referans.az xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Əmrlərə əsasən, Naxçıvan ƏƏSMN-də vəzifələrindən azad olunan şəxslər aşağıdakılardır:
– Ali Məclisə seçkilərdə deputat seçilən ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyi, Şərur rayon sektorunun müdiri Məmmədov Məmməd Kərəm oğlu;
– ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyi Publik Hüquqi Şəxsi, şöbə müdiri Məmmədov Üzeyir Səyyad oğlu;
– ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyi, aparıcı mütəxəssis Zeynalov Təbriz Eyvaz oğlu;
– ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası, sədr Əhmədova Şəhla Hüseyn qızı.
– ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Sosial və dövlət icbari şəxsi sığorta departamenti müdirinin müavini Novruzov Rafiq Novruz oğlu işdən azad olunublar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta