ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya dəymiş ziyanı kompensasiya edənədək Rusiyanın Qərbdəki aktivlərinin dondurulmuş vəziyyətdə qalacağını açıqlayıb.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, o bu barədə Nyu-Yorkda Kiyevə dəstək məsələsinə həsr olunmuş iclasda bildirib.
Çıxışı zamanı Bayden “Yeddilik Qrupu”nun dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə edərək 2024-cü ilin sonuna qədər Ukraynaya 50 milyard dollar ayırmaq qərarını xatırladıb. Amerika liderinin sözlərinə görə, “Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu ziyanı ödəyənə qədər Rusiyanın suveren aktivləri dondurulacaq”.