ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya dəymiş ziyanı kompensasiya edənədək Rusiyanın Qərbdəki aktivlərinin dondurulmuş vəziyyətdə qalacağını açıqlayıb.
Milli.Az report-a istinadən xəbər verir ki, o bu barədə Nyu-Yorkda Kiyevə dəstək məsələsinə həsr olunmuş iclasda bildirib.
Çıxışı zamanı Bayden "Yeddilik Qrupu"nun dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə edərək 2024-cü ilin sonuna qədər Ukraynaya 50 milyard dollar ayırmaq qərarını xatırladıb. Amerika liderinin sözlərinə görə, "Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu ziyanı ödəyənə qədər Rusiyanın suveren aktivləri dondurulacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun