Son 24 saat ərzində İsrailin Livana endirdiyi zərbələr nəticəsində 70 nəfər həlak olub, daha 400 nəfər yaralanıb...
Poliqon xəbər verir ki, “Al Mayadeen” telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən bu barədə məlumat yayıb. Nazirliyin bildirdiyinə görə, Mount Livan əyalətində (ölkənin qərbində yerləşir) azı 22 nəfər həlak olub, daha 48 nəfər yaralanıb. Bu ərazidə üç yaşayış məntəqəsi atəşə tutulub. Livanın şimal-şərqindəki Yunin bələdiyyəsində daha 11 nəfər, o cümlədən uşaqlar və qadınlar öldürülüb.
Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda elektronika və rabitə avadanlığının partlaması nəticəsində 30-dan çox adam həlak olub, 4 mindən çox insan yaralanıb.
Dünən, sentyabrın 25-dən İsrail ordusu əlavə səfərbərliyə başlayıb. İsrail hakimiyyəti iddia edir ki, onlar öz vətəndaşlarını qorumaq üçün məcburi tədbirlər görürlər.
Poliqon.info