AZ

İsrailin Livana sentyabrın 28-də endirdiyi zərbələr nəticəsində 30 nəfər ölüb

İsrailin Livana endirdiyi zərbələr nəticəsində 200-ə yaxın insan yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə LBC ölkənin Səhiyyə Nazirliyi yanında Fövqəladə Hallar Mərkəzinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsrailin sentyabrın 28-də endirdiyi zərbələr nəticəsində 30 nəfər ölüb, daha 195 nəfər yaralanıb.

Sentyabrın 28-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) Beyrutun cənub ətraflarında Livan “Hizbullah” hərəkatının silah anbarlarına hücumlar barədə məlumat verib. Dahiya bölgəsində mülki binalara məqsədyönlü zərbələr endirilib. İsrail ordusu altında “Hizbullah” anbarlarının olduğunu iddia edir. Livan hərəkatı bu bəyanatları “yalan” adlandırıb.

Seçilən
106
50
nocomment.az

10Mənbələr