AZ

Azərbaycanın bank sektorunun aktivləri 9%-dən çox artıb

2024-cü il sentyabr ayının 1-nə Azərbaycan banklarının cəmi aktivləri 49 milyard 567,7 milyon manat təşkil edib.

"Operativ Media" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü il sentyabrın 1-i ilə müqayisədə 9,3 % çoxdur.

Məlumata görə, hesabat dövründə bank sektorunun öhdəlikləri 9,6% artaraq 43 milyard 256 milyon manata yüksəlib.

Bank sektorunun balans kapitalı isə 7,3 % artaraq 6 milyard 311,7 milyon manat təşkil edib

Seçilən
62
9
operativmedia.az

10Mənbələr