Fransada 1804-1815-ci illər arasında imperator olan Napoleon Bonapartın taxdığı papaq paytaxt Parisdə hərraca çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “BBC news” məlumat yayıb.
Bildirilib ki, Napoleonun qiyməti 600 min avrodan (1 milyon 113 min AZN) 800 min avroya (1 milyon 484 min AZN) qədər olan məşhur papağı Parisdə yeni sahibini tapacaq.
Həmçinin, hərraca papaqdan əlavə Napoleona məxsus digər şəxsi əşyalar da çıxarılacaq.
Hərracı təşkil edən “Jean Pierre Osenat” şirkəti bildirib ki, insanlar bu papağı hər yerdə tanıyacaqlar.
Qeyd olunub ki, Napoleonun bu tipdən təxminən 120 papağı olub, lakin onlardan yalnız 20-i günümüzə qədər gəlib çatıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta