Fransada 1804-1815-ci illər arasında imperator olan Napoleon Bonapartın taxdığı papaq paytaxt Parisdə hərraca çıxarılacaq.
BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.
Napoleonun papağı, keçən il vəfat edən bir sənayeçinin bir araya gətirdiyi Napoleonun xatirə əşyaları ilə birlikdə satılacaq.
Bildirilib ki, məşhur papağın 600-800 min avro arasında qiymətə satılacağı gözlənilir.