AZ

İsraildə terror aktı törədilib, 1 nəfər ölüb, 11 nəfər yaralanıb - YENİLƏNİB-1

İsrailin cənubundakı Beerşeba Mərkəzi Avtovağzalında terror aktı tərədən ərəb əsilli (beduin) İsrail vətəndaşı olub.

APA-nın xəbərinə görə, bu barədə İsrail mediası məlumat yayıb.

Polis terrorçunu zərərsizləşdirib.

***

saat 16.32

İsrailin cənubundakı Beerşeba Mərkəzi Avtovağzalında terror aktı nəticəsində 11 nəfər yaralanıb.

APA-nın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, həkimlərin səyinə baxmayaraq, hadisə yerində yardım göstərilən 25 yaşlı qadın həyatını itirib.

Yaralılardan 5-nin durumu ağırdır.

***

saat 16.23

İsraildə terror aktı törədilib, 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, İsrailin cənubundakı Beerşeba Mərkəzi Avtovağzalında terror aktı nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb.

Seçilən
4
12
apa.az

10Mənbələr